intertv.az
intertv.az

Xanlar Vəliyev yenidən hərbi prokuror oldu

9-04-2020, 13:43 35 dəfə baxılıb

Xanlar Vəliyev yenidən hərbi prokuror oldu


Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.
Oxu.Az məlumatına görə, o, yenidən hərbi prokuror vəzifəsinə təyinat alıb.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmiş və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA