intertv.az
intertv.az

İtaliyada faciə — Bir ailə koronavirusdan ÖLDÜ

3-04-2020, 16:37 35 dəfə baxılıb

İtaliyada faciə — Bir ailə koronavirusdan ÖLDÜ


İtaliyada tüğyan edən koronavirus bir ailəni məhv edib.
Hadisə Lombardiya bölgəsinin Voqera şəhərində yaşanıb.

“The Sun” xəbər verir ki, ölümcül virus dörd nəfərdən ibarət olan ailənin faciəsinə səbəb olub.

Əvvəl ailənin başçısı, 86 yaşlı Alfredo Bertuççi ölüb. Daha sonra onun iki oğlu – 54 yaşlı Daniele , 46 yaşlı Klaudio və 77 yaşlı həyat yoldaşı vəfat edib.

Onlar koronavirusa yoluxmadan əvvəl sağlamlıqları ilə bağlı heç bir şikayətləri olmayıb.

Qeyd edək ki, İtaliya koronavirus səbəbilə vəfat edənlərin sayına görə dünyada birinci yerdədir. Ölkədə 13 915 nəfər virusun qurbanına çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA