intertv.az
intertv.az

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun müraciəti

30-03-2020, 11:48 1 274 dəfə baxılıb

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun müraciəti




Bu gün bütün dünya xalqları, bütün ölkələr yeni bir təhlükə ilə üz-üzə qalıb. COVİD-19 korona virus pandemiyası dünyanı cənginə alıb. Əgər bir müddət bundan əvvəl dünyada cərəyan edən hadisələri bir daha xatırlasaq görərik ki, əksər ölkələri bürümüş terror dalğası, hərbi münaqişələr fonunda Azərbaycanda sabitlik və iqtisadi inkişaf davam etməkdə idi. Bu gün də diqqət edirsinizsə, hətta səhiyyə sahəsi bizdən daha çox inkişaf etmiş bir çox lider ölkələrlə müqayisədə bizim ölkəmizdə epidemioloji vəziyyət çox daha qənaətbəxşdir. Bunun isə iki əsas səbəbi vardır. Birinci səbəb budur ki, Allah bizim ölkəni, bizim xalqı sevir və qoruyur. Mən bu sözlərimi məntiqi şəkildə əsaslandırmaq istərdim. Çünki Allahın insana verdiyi ən gözəl nemət ağıldır və ağılın da üzərində duran məntiqdir. Bilirsiniz ki, idman sahəsindəki fəaliyyətimlə əlaqədar mən dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, İtaliyada, Norveçdə, Səudiyyə Ərəbistanında, Türkiyədə, Yunanıstanda və sairə ölkələrdə olmuşam. Bu səfərlərimin nəticəsində mən bu qənaətə gəlmişəm ki, dünyada bizim millətimiz kimi dürüst, ədalətli, təmizkar, yardım etməyi, əl tutmağı sevən, humanist, səbirli və imanlı xalq yoxdur. Kainatda ən yüksək həqiqət isə imandır. Buna görə də mən əminəm ki, Allah bizim xalqımızı sevir və qoruyur.
Dediyim kimi, bu gün Azərbaycanda vəziyyətin bir çox ölkələrdən daha qənaətbəxş olmasının ikinci səbəbi isə budur ki, başda Ölkə Prezidentimiz cənab İlham Əliyev olmaqla Azərbaycan dövləti bu gün bu ölümcül təhlükədən xalqımızı qorumaq üçün bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirməkdədir. O cümlədən ölkədə elan olunmuş xüsusi karantin rejimi də birbaşa insanlarımızın həyatını və sağlamlığını qorumaq məqsədi güdür. Bu tədbirlərin daha yüksək effekt verməsi üçün isə bu gün hər bir vətəndaş tətbiq olunan yeni qaydalara dəqiqliklə riayət etməli, həm maddi, həm mənəvi baxımdan dövlətimizə dəstək olmalıdır.
Bu bir sınaq dövrüdür. Məhz bu dövrdə Vətənini, dövlətini sevən insanlar, əsil vətənpərvərlər cənab Prezidentimizin ətrafında daha sıx birlik yaratmalı, dövlət başçımıza onun bütün işlərində dəstək verməlidirlər. Ölkədə siyasi sabitliyin qorunub saxlanması, cərəyan edən hadislərin fonunda iqtisadi fəsadların minimuma endirilməsi üçün biz hamımız bütün imkanlarımızı səfərbər etməliyik. Bunun üçün də ilk növbədə ölkədə tətbiq olunan karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunmalıdır.
Bu yönümdə Həzrət Əlinin (ə.s) bütün bəşəriyyətə bu günü xəbər verən bir hədisini xatırlatmaq istərdim: “Sizə elə bir zaman gələcək ki, ölümləriniz artacaq, müsibətlər böyüyəcək, aclıq dərdiniz artacaq, cənazələrinizdə camaatla namaz qılınmayacaq. O gün evinizdən ayrılmayın, yuvanızı tərk etməyin, şəfanız üçün yardımçı olun, xəstəliklərə sədd çəkin. Göz yumarsanız, quru odunu atəş yandıran kimi, o, sizi yandırar!”
Diqqət edirsinizsə, bu gün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblər – evlərimizi tərk etməmək, kütləvi tədbirlər keçirməmək, insanlar arasında məsafə saxlamaq və digər qaydalar da bu hədisdə verilən göstərişlərə son dərəcə uyğundur. Bu bir daha göstərir ki, öz xalqını, ölkəsini sevən dövlət başçısı məhz bu cür qərarlar verməlidir. Bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək vətənpərvərliyinə, Vətəninə, xalqına və dövlətimizə olan sonsuz sevgisinə və yüksək imanına bir daha dəlalət edir. Məhz bu səbəbdən də biz hamımız bir xalq olaraq dövlət başçımızın ətrafında daha sıx birləşməli, cənab Prezidentimizə dəstək olmalıyıq. Yalnız bu halda uca Allah da bizlərə yardımçı olar və xalqımız bu bəladan ən az itkilərlə qurtular, İnşaallah!
Bu çıxışı etmək vətənini, millətini və dövlətini sevən bir insan olaraq mənim vətəndaşlıq borcumdur.

Hörmətlə,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA