intertv.az
intertv.az

Koronavirus pandemiya elan edildi

12-03-2020, 09:47 12 dəfə baxılıb

Koronavirus pandemiya elan edildi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu (Covid-19) pandemiya olaraq elan edib.
CNN Türk xəbər verir ki, bu barədə ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.

O deyib ki, 2 həftə ərzində virusun yayıldığı ölkələrin sayı 3 dəfə artıb:

“Pandemiya yumşaq və diqqətdən kənarda saxlanılacaq bir söz deyil. Yanlış istifadə edilərsə, məntiqsiz qorxuya və ölümə səbəb olan bir sözdür”.

Qeyd edək ki, koronavirus hazırda 114 ölkədə yayılıb. Ümumilikdə 118 min 381 nəfər bu virusa yoluxub və 4292 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA