intertv.az
intertv.az

YAP Milli Məclis rəhbərliyinə namizədləri müəyyənləşdirdi — YENİLƏNİB

10-03-2020, 10:27 31 dəfə baxılıb

YAP Milli Məclis rəhbərliyinə namizədləri müəyyənləşdirdi — YENİLƏNİB


YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.
Report xəbərinə görə, parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə isə Hicran Hüseynovanın namizədliyi irəli sürülüb.

***

YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.

Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında fevralın Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri təsdiqlənib. Bununla da 121 nəfərin deputatlığı təsdiq edilib.

Qeyd edək ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA