intertv.az
intertv.az

Koronavirusdan danışan Tramp jurnalistləri güldürdü – VİDEO

27-02-2020, 12:17 25 dəfə baxılıb

Koronavirusdan danışan Tramp jurnalistləri güldürdü – VİDEO


“Mən üzr istədim və əllərimi yumağa çıxdım”

Jurnalistlərin önündə çıxış edən ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizədən danışıb.

 “Qafqazinfo” bildirir ki, dövlət başçısı gigiyenaya aid bir neçə məsləhət verib. Tramp əlləri yumağı, təmizliyə riayət etməyi və hər şeydən tutmamağı tövsiyə edib.

O, həmçinin bir həftə əvvəl başına gələn maraqlı hadisədən danışıb – Trampa onun çoxdan görmədiyi bir insan yaxınlaşıb.

“O, məni qucaqladı, öpdü. Mən soruşdum: “Sən yaxşısan?”. O deyir: “Xeyr. Mənim dəhşətli hərarətim və dəhşətli soyuqdəyməm var”. Və o, məni qucaqlayır və öpür. Mən üzr istədim və əllərimi yumağa çıxdım”, – dövlət başçısı deyib.

D.Trampın bu sözləri jurnalistləri gülüşə boğub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA