intertv.az
intertv.az

“Vaşinqton Post”dan sensasion mövqe: Tək xilaskar Türkiyədir

27-02-2020, 11:28 27 dəfə baxılıb

“Vaşinqton Post”dan sensasion mövqe: Tək xilaskar Türkiyədir


Suriyada çarəsiz insanların tək xilaskarı Türkiyədir.

Bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə bu həftənin sonuna kimi bölgədən geri çəkilməsi üçün vaxt verib. Ərdoğan İdlibin mərkəzi də daxil olmaqla, 32 kilometr dərinlikdə təhlükəsiz bir bölgə yaratmaq istəyir”, – xəbərdə vurğulanıb.

Bildirilib ki, Rusiya Əsədi nəzarət altında saxlamaqla bağlı verdiyi sözü tutmayıb:

“Buna görə də ABŞ və Avropa ölkələri Putinə hücumları dayandırması, atəşkəsin əldə edilməsi, həmçinin humanitar yardımın İdlibə çatdırılması üçün təzyiq göstərməlidir”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında İdliblə bağlı anlaşılmazlıq yarandığı vaxtdan keçən müddət ərzində ABŞ hökumətinin və mediasının Türkiyəyə birmənalı dəstəyi diqqət çəkir. (axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA