intertv.az
intertv.az

Avropa Oyunları vaxtı Bakıda xüsusi elektrik qatarları işləyəcək

10-05-2015, 12:13 122 dəfə baxılıb

Avropa Oyunları vaxtı Bakıda xüsusi elektrik qatarları işləyəcək

Qatarlar dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında hərəkət edəcək

İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

“APA-Economic”ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA