intertv.az
intertv.az

Seçki saxtakarlığı ilə bağlı Baş Prokurorluğa müraciət olundu - "İmkan verməyək ki, ölkəmizin beynəlxalq nüfuzu təhlükə altına düşsün"

11-02-2020, 15:30 19 dəfə baxılıb

Seçki saxtakarlığı ilə bağlı Baş Prokurorluğa müraciət olundu - "İmkan verməyək ki, ölkəmizin beynəlxalq nüfuzu təhlükə altına düşsün"


DİA.AZ saytının baş redaktoru, 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd olmuş Məhəmməd (Ərsoy) Zamanov Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Cənab Baş Prokuror! 9 Fevral tarixində 47 saylı Mingəçevir Seçki Dairəsi ərazisində müşahidə etdiyim total saxtakarlıq və qanunsuzluqların araşdırılmaması ölkəmizin hüquqi dövlət statusunu belə şübhəyə ala biləcəyindən Sizdən həmin qanunsuzluqların rəsmi şəkildə araşdırılmasına göstəriş vermənizi xahiş edirəm.

Nəzərinizə çatdırıram ki, bu faktlar ölkə mətbuatında və sosial şəbəkələrdə də geniş yayılıb. Amma nədənsə 47 saylı Mingəçevir Seçki Dairəsində baş verən qanun pozuntuları heç bir formada araşdırılmır. Sözügedən DSK-ya aid Məntəqə Seçki Komissiyasının üzvləri rəsmi şəkildə ölkə qanunlarını ayaqlar altına atdılar ki, bu da birbaşa olaraq cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətlə də daban-dabana zidiyyət təşkil edir.

Cənab Baş Prokuror! Əgər bu istiqamətdə araşdırma apararsınızsa, inanıram ki, həmin dairəyə aid MnSK üzvlərinin böyük əksəriyyətinin qanunlarımız qarşısında cavab vermələri zərurəti yaranacaq. İnanıram ki, Siz Baş Prokuror olaraq ölkə qanunlarının bu şəkildə aşağılanmasına göz yummayacaqsınız.

Öncədən təşəkkür edirəm və zərurət yarandığı halda həmin saxtalaşdırma faktlarını təqdim edməyə hazır olduğumu bildirirəm. İmkan verməyək ki, ölkəmizin beynəlxalq nüfuzu təhlükə altına düşsün".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA