intertv.az
intertv.az

Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərdən - YENİ MƏLUMAT

28-11-2015, 11:25 75 dəfə baxılıb

Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərdən - YENİ MƏLUMAT




















Onların barəsində 8 maddə üzrə ittiham irəli sürülüb

Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

Trend-in əldə etdiyi məlumata görə, onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA