intertv.az
intertv.az

Aktyor direktordan üzr istəyəcək və 500 manat ödəyəcək

10-10-2019, 19:25 21 dəfə baxılıb

Aktyor direktordan üzr istəyəcək və 500 manat ödəyəcək

Bu ilin əvvəlində “Drakon” ləqəbli aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında davalı qalmaqalla bağlı məhkəmə işlərindən biri yekunlaşıb.
"Ölkə.Az" “qafqazinfo”ya istinadən xəbər verir ki, R.Rzayevin feysbuk sosial şəbəkəsində direktor haqda yazdığı statuslarda ona böhtan atması və təhqir etməsi iddiası üzrə qərar verilib. Aktyor həmin statuslarda direktora “Fetöçü” deyərək sonra təhqir edib. Məhkəmə qərar verib ki, bunlara görə, “Drakon” məktəb direktorundan üzr istəməli, onun haqqında yazdıqları barədə təkzib verməli və 500 manat cərimə olunmalıdır. Bu işə üçüncü tərəf kimi cəlb olunan xəbər saytları isə təkzibi dərc etməlidirlər.
Aktyor bu qərardan apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi bunu qüvvədə saxlayıb.

R.Rzayevin direktoru döyməsinə görə açılan cinayət işi üzrə məhkəmə prosesi isə hələ də davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA