intertv.az
intertv.az

Hamilə gəlin qayınatası və qayınanası tərəfindən döyülüb — Qoyun gətirmədiyi üçün

8-10-2019, 19:30 16 dəfə baxılıb

Hamilə gəlin qayınatası və qayınanası tərəfindən döyülüb — Qoyun gətirmədiyi üçün

Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.
APA xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvvəllüdlü Ayşə Abdulayeva Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb.

Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdilrib. Ona kəllə-beyin travması diqanozu qoyulub.

Xəstənin vəziyyətinin orta-ağır olduğu bildilir.
A.Abdulayevanın yaxınları onun gülünc doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA