intertv.az
intertv.az

ƏHMƏD ƏHMƏDZADƏNİN VƏZİFƏLİ QOHUMLARI ONUN AĞSAQQALLIQ MİSSİYASINA XƏLƏL GƏTİRİRLƏR

6-10-2019, 23:22 177 dəfə baxılıb

ƏHMƏD ƏHMƏDZADƏNİN VƏZİFƏLİ QOHUMLARI ONUN AĞSAQQALLIQ MİSSİYASINA XƏLƏL GƏTİRİRLƏR




İntertv.az xəbər verir ki, Son dövrlər hökumət, Prezident Aparatı strukturlarında dəyişikliklərə gedildi, bir neçə rayonun fəaliyyəti narazılıq doğuran icra başçıları - "kiçik padşahlar" vəzifədən kənarlaşdırıldı. Nazirlər Kabineti sistemində cavan və perspektivi aydın görünən bir sıra şəxslər nazir vəzifəsinə təyin olundu. Bütün bunların fonunda belə demək mümkündür ki, korrupsiyalaşmış, qohumbazlıq və şəxsi sədaqət prinsipi əsasında formalaşdırılmış kadrlar sistemi dəyişdirilir. Əvvəllər mövcud olmuş nazirlərin müəyyən rayonlara kurasiya sahəsi kimi baxmasına da son qoyulur. Artıq Prezident Aparatının müvafiq şöbəsi yerli icra hakimiyyəti orqanına nəzarəti daha effektiv surətdə həyata keçirməyə başlayıb. Bu kadr dəyişiklikləri də həmin proseslərin tərkib hissəsi kimi qavranılmalıdır.

İntertv.az xəbər verir ki, Lakin çox təəssüflər olsun ki, idarəetmədə regionçuluq və qohumbazlıq kimi neqativ hallar hələ də qalmaqdadır. Özü də bu mənfi tendensiya elə nüfuzlu şəxslərin ətrafında müşahidə olunur ki, həmin şəxslərin özləri Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətlə xidmət ediblər. Rəhbərlik etdikləri sahənin gözəl bilicisi, mahir təşkilatçısıdırlar. Siyasi orientasiyalarını vaxtında və düzgün müəyyənləşdiriblər. Ölkənin tərəqqisi üçün mühüm töhfələr veriblər. Təbii ki, onlara münasibətdə müəyyən meyarları gözləmək, xidmətlərini nəzərə almaq lazımdır. Amma mərkəzəqaçma qüvvəsinin təsiri ilə həmin nüfuzlu şəxslərin ətrafına toplanan, onun vasitəsilə layiq olmadıqları vəzifələri ələ keçirən qohum-əqrəbalarının, dosytlarının, həmyerlilərinin dövlətə, cəmiyyətə verdikləri fayda ilə vurduqları ziyanı tərəziyə qoyub müqayisə etmək də lazımdır. Məlum olanda ki, tərəzinin mənfi tərəfi ağır gəlir, daha həmin şəxsin vəzifədən azad edilməsi üçün onun təbii-bioloji ölümünü gözləməyə dəyməz.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin də ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə gördüyü işlər hamıya bəllidir. Su ehtiyatları məhdud olan Azərbaycanda suvarma təsərrüfatını, meliorasdiya sistemini səmərəli idarə etmək həqiqətən də asan iş deyil və cənab Əhməd Əhmədzadə bu vəzifənin öhdəsindən layiqlə gəlib. Əhməd Əhmədzadə həmçinin Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı olub, indi də ulu Öndərin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin yanındadır. İnsafən, onu da qeyd etməyə dəyər ki, dövlətimiz də cənab Əhməd Əhmədzadənin xidmətlərini üksək dəyərləndirib, onu yüksək fəxri adlarla mükafatlandırıb. Ən əsası isə, onun rəhbərlik etdiyi sektorun inkişafı üçün hökumət həmişə lazım olan investisiyanı ayırıb. Di gəl, Əhməd müəllimlə eyni soyadı daşıyan vəzifəli qohumları onlara göstərilən etimadı heç də tam doğrultmayıblar. Onların barəsində yetərincə neqativ informasiyalar dolaşır.

İntertv.az xəbər verir ki, Bu günlərdə redaksiyamızın Qax rayonunda ezamiyyətdə olan əməkdaşına yerli sakinlərin biri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasında həkimin xəstədən rüşvət almasını əks etdirən video-görüntülər təqdim olunub. Qax RMX-na isə Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə rəhbərlik edir. Qax Rayon İcra Hakimiyyətinin başçısı isə bildiyiniz kimi, Əhməd müəllimin xalası oğlu Musa Şəkiliyevdir. Yerli DSMF Şöbəsində də sədrin digər qardaşı oğlu Vüqar Əhmədzadə müdirdir. Qonşu Zaqatala rayonu da Əhmədzadələrin külli-ixtiyarındadır. Çünki, bu rayona Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə başçılıq edir. Zaqatalanın da səhiyyəsində korrupsiya hüquqpozmalarına rəvac verildiyi barədə indiyədək çox deyilib, çox yazılıb. Bir müddət əvvəl Zaqatala mərkəzi xəstəxanasında da rüşvət faktını əks etdirən video-çəkilişi saytlardan biri internetdə görüntüləmişdi.





Bəzi reallıqlar var ki, onlarla barışmaz lazım gəlir, amma müəyyən dövr ərzində. Görünən odur ki, bir qərinə boyu Qax-Zaqatala-Balakən bölgəsində öz ağsaqqallıq missiyasını uğurla həyata keçirən cənab Əhməd Əhmədzadə indi artıq qohumlarına yetərincə nəzarət edə bilmir. Müdrik adam batan günəş olunca gözləməməli, səhnədən vaxtında getməyi bacarmalıdır.

İntertv.az xəbər verir ki, Dövlətin səmərəli idarə edilməsi, məhz kadr siyasəti ilə sıx bağlıdır. Dövlətimiz dünya standartlarına cavab verən kadr siyasəti həyata keçirməklə, müasir dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Kadrlara ciddi şəkildə nəzarət edilməlidir. Görülən işlərin icrasına, dövlət büdcəsinin xərclənməsinə ciddi şəkildə diqqət edilməlidir. Bununla yanaşı, kadrlarla bağlı ictimai rəyə də diqqət etmək lazımdır. Çünki insanların imicinin müəyyən edilməsində ictimai rəy əhəmiyyətli amillərdən biridir. Ona görə də şəxsin haqqında cəmiyyətdə formalaşmış fikir və mülahizələrə də diqqət edilməsi əsas şərtlərdəndir. Sözsüz ki, kadr vətənpərvər olmalı, öz xalqını, vətənini sevməlidir. Bununla yanaşı, regionçuluq duyğularından da uzaq olmalı, ümummilli, dövlət maraqlarına sadaqətlə xidmət etməyi bacarmalıdır. Bütün bunların fonunda insanlar da əmin olmalıdırlar ki, onlara rəhbərlik edən adamlar bu millətə xidmət edirlər. Bütün bunlar ciddi və fədakar işdən, dövlətçiliyin qorunmasından keçir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA