intertv.az
intertv.az

Mehriban Əliyeva Əməkdar artistə mənzil hədiyyə etdi — FOTO

24-09-2019, 19:52 15 dəfə baxılıb

Mehriban Əliyeva Əməkdar artistə mənzil hədiyyə etdi — FOTO

Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.
Bu barədə aktrisa özü İnstaqram hesabında məlumat verib:

“Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”.
Mehriban Əliyeva Əməkdar artistə mənzil hədiyyə etdi — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA