intertv.az
intertv.az

Sosis, kolbasa və Palma yağı... — XƏRÇƏNG RİSKİ

19-09-2019, 19:46 22 dəfə baxılıb

Sosis, kolbasa və Palma yağı... — XƏRÇƏNG RİSKİ

Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Nikosiyada "Türk Radiasiya Onkologiya Dərnəyi" tərəfindən təşkil edilən "Milli Radiasiya Onkologiya Konqresi"ndə çıxış edən Prof. Dr. Esra Kaytan və Prof. Dr. Gökhan Özyiğit sosis, kolbasa və bu formada istehsal edilən qida məhsullarının həmçinin Palma yağının zərərindən danışıblar.
Medicina.az həmin çıxışlardan sizin üçün vacib bildiyimiz hissələri təqdim edir:

Türk Radiasiya Onkologiya Dərnəyi Başqanı Prof. Dr. Esra Kaytan:

"Günümüzdə xərçəng xəstəliyi çox geniş yayılmışdır. Xərçəngin inkişafının qarşısını almaq və xəstəliyin uğurlu müalicəsi üçün şəkər ehtiyacınızı doşab, normada yemək şərti ilə xurma və əncir kimi faydalı meyvələrlə qarşılamaq, fruktoza tərkibli məhsullardan və palma yağından isə ümumiyyətlə uzaq durmaq lazımdır.

Palma yağı ilə bərabər ət məhsullarından çox istifadə etmək də təhlükəlidir. Belə ki, yeməklərimizin olmazsa olmazı olan qırmızı ətdən hər gün davamlı, soyutma halında gündə 100 qram, qızardılmış halda isə 50 qram yeyilməsi kifayət edir ki, xərçəng riski 18-20 % artsın. Ət məhsullarının gündəlik normadan artıq yeyilməməli olduğunu xüsusi vurğulamağı özümə borc bilirəm."

Konqresin Elmi Proqram katibi Dr. Gökhan Özyiğit:

"Palma yağının qarşısı alınmalıdır. Təcrübələrimizdən aldığımız nəticə bizə bunu deyir. Bu yağlar xərçəngin 8-10 dəfə, hətta daha çox sürətlə böyüməsinə və inkişafına səbəb olur. Dünya Sağlamlıq Təşkilatı sosis, kolbasa və kolbasa üsuluna bənzər formada və tərkibdə istehsal edilən məhsulları siqaretlə eyni kateqoriyada "Xərçəng risklilər" kateqoriyasında göstərib.

Bu məhsulların xərçəng əmələ gətirməsi üçün ondan davamlı istifadə kifayət edir. İmmunitet sistemi hər gün bu tip çirklənməyə məruz qalarsa, bunun qarşısını almaqda çətinlik çəkir və çox böyük fəsadlar əmələ gətirir. Bu səbəblə əgər nəfsinizə hakim ola bilmirsinizsə ifrata qaçmadan həftədə bir dəfə yemək olar".

Qeyd: Əgər sosis və kolbasadan zəhərlənmə baş verərsə, mütləq qatıqdan istifadə edin. Bir kasa qatıq yüngül zəhərlənmənin qarşısını ala bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA