intertv.az
intertv.az

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı – VİDEO

17-09-2019, 21:00 22 dəfə baxılıb

“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı – VİDEO

Bakının Nərimanov rayonunda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.

Elvin Qasımzadə məsələ ilə bağlı açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:

“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.

Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: “Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

Elvinin yaxınları minval.info saytına bildirib ki, hadisəni 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı maşının sürücüsü törədib. O, hadisə yerindən qaçdığı üçün piyada Gülgün Əmiraslanlını xəstəxanaya “Maserati”nin sahibi Elvin Qasımzadə çatdırıb.

Xatırladaq ki, dünən gecə Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı “Gənclik” metrostansiyası yaxınlığında yolu keçərkən baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA