intertv.az
intertv.az

AMEA-nın Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək

17-09-2019, 20:46 27 dəfə baxılıb

AMEA-nın Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Milli Botanika Bağının bir qrup əməkdaşı Mühərrəm Cihan, Özləm Mavi İdman və Mərvə Yılmaz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə elmlər doktoru Vahid Fərzəliyevlə görüşən qonaqlar əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə ediblər.

Görüşdə Validə Əlizadə Botanika İnstitutunun elmi tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.

Türkiyəli mütəxəssislər yüksək kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanlar olduğunu vurğulayıblar.


AMEA-nın Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA