intertv.az
intertv.az

Bakı metrosunda həyəcan — Maşinist işıqları söndürdü - FOTO

16-09-2019, 20:25 20 dəfə baxılıb

Bakı metrosunda həyəcan — Maşinist işıqları söndürdü - FOTO

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problemlər yaranıb.
Baku.ws xəbər verir ki, “Həzi Aslanov” istiqamətindən “Dərnəgül” istiqamətinə hərəkət edən qatarlarda sərnişin sıxılığı müşahidə edilib.

Eyni zamanda qatarlar tuneldə yubanıb. Məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” ilə əlaqə saxladıq.

Qurum rəsmisi Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, səhər saatlarında sərnişinlər "Xalqlar Dostluğu" stansiyasında qatarın qapılarını tutub saxlayıblar.

Bununla da,vaqonlardan birinin qapısı sıradan çxııb.
“Qatarın qapısını saxlamağa cəhd göstəriblər. Sıxma əleyhinə avtomatlaşdırılmış sistemi var. Qapı bağlanarkən sıxılıb saxlanıldıqda proqram təminatı sıradan çıxır.

Nəticədə maşinist məcbur olub sistemə müdaxilə edib. Bir qatar gecikəndə qrafikdə problemlər yaranır”, - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, hadisənin görüntülərini “modern.az” saytı yayımlayıb.

Bildirilir ki, qatarın qapılarında problem yarananda, maşinist işıqları söndürüb. Həmin görüntüləri təqdim edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA