intertv.az
intertv.az

Bakıda kişi keçmiş kürəkənini bıçaqlayıb

12-09-2019, 18:49 15 dəfə baxılıb

Bakıda kişi keçmiş kürəkənini bıçaqlayıb

Sabunçu rayonunda keçmiş qohumlar arasında münaqişə yaranıb.

Bakıxanov qəsəbəsində kişi keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Cəfərov Ələkbər Cahangir oğlu ilə mübahisə edib. Münaqişə zəmnində Ə.Cəfərov keçmiş qaynatası tərəfindən əvvəlcə döyülüb, daha sonra əlindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş, belin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA