intertv.az
intertv.az

Tibb bacısı özünü asıb

18-04-2015, 11:32 167 dəfə baxılıb

Tibb bacısı özünü asıb

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil

Şəkidə intihar hadisəsi olub. Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki rayonu Aşağı Göynük kənd sakini, 1961-ci il təvəllüdlü Mahirə Adışirin qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.

54 yaşlı Mahirə Məmmədovanın iki övlad anası olduğu və kənd tibb məntəqəsində tibb bacısı işlədiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA