intertv.az
intertv.az

Baş nazir qərar verdi: Bu şəxslərin maaşları artır

9-09-2019, 20:16 12 dəfə baxılıb

Baş nazir qərar verdi: Bu şəxslərin maaşları artır

Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.

Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.

Eyni zamanda, 2 nömrəli əlavə ilə XDMX dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri, 3 nömrəli əlavə ilə XDMX hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.

Qərarda bildirilib ki, Maliyyə Nazirliyi XDMX hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsini təmin etməlidir.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA