intertv.az
intertv.az

Şahzadə Abdulla: “İranı 8 saata məhv edərik”

8-09-2019, 18:55 27 dəfə baxılıb

Şahzadə Abdulla: “İranı 8 saata məhv edərik”

Səudiyyə Ərəbistanı şahzadəsi İranı cəmi 8 saata “məhv etməklə” hədələyib.

Virtualaz.org xəbər verir ki, şahazadə Abdulla bin Sultan ibn Naser əl-Səud bu haqda özünün Twitter səhifəsində yazıb. “Biz İranı cəmi 8 saata məhv edə bilərik”,-şahzadə iddia edib.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər gərgindir və bu gərginlik Yəməndə illərdir davam edən müharibə ilə də özünü göstərir. Belə ki, Yəməndə İranla Səudiyyə Ərəbistanı arasında “dolayısı” müharibə getməkdədir.

Həmin müharibədə İranın dəstəklədiyi husilər Ər-Riyadın dəstək verdiyi hökumət qüvvələri ilə döyüşür. Səudiyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası həmin hökumətə dəstək verir. Hərçənd Səudiyyə ordusu İranın dəstəklədiyi husi qruplaşmalarına qarşı ciddi hərbi uğur qazana bilmir. Bu baxımdan şahzadənin İranı 8 saata necə məhv edəcəyi aydın deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA