intertv.az
intertv.az

“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov

5-09-2019, 20:59 21 dəfə baxılıb

“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov

"Məhərrəmlik ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir. Onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq".

"Qafqazinfo" xəbər verir ki, bunu YAP- çı deputat Siyavuş Novruzov bu gün partiyada keçirilən qanvermə aksiyasında deyib.

O bildirib ki, hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir: "İnsanlar Aşura günündə məscidlərdə qan versin, amma özünü döymə, baş yarma hallarına yol verməsinlər".

S. Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O qeyd edib ki, müxalifət nə ağac əkir, nə qan verir: "Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm.Gəlsinlər qan versinlər".

Günel Türksoy

Foto: Pərvin Zeynal
“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov
“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA