intertv.az
intertv.az

“Sevilya” “Qarabağ”a rəsmi təklif göndərdi: Mahir üçün

2-09-2019, 20:50 28 dəfə baxılıb

“Sevilya” “Qarabağ”a rəsmi təklif göndərdi: Mahir üçün

“Qarabağ”ın hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.

“Sevilya” 22 yaşlı futbolçunu transfer etmək istəyib. İspaniya klubu Mahir üçün hətta “Qarabağ”a rəsmi təklif də göndərib

Sevilyalıların yeni idman direktoru Ramon Monçi hələ “Roma”da işləyərkən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında gördüyü Emrelini “Sevilya”ya cəlb etmək istəsə də, keçid reallaşmayıb.

Buna səbəb isə La Liqa təmsilçisinin millimizin üzvünü “Sevilya”nın B komandasına götürmək istəyi olub. Aşağı liqada oynamaq istəməyən Mahir “Qarabağ”da qalmağa üstünlük verib.

İspaniya klubu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Millimizin hücumçusu ilə Pireney yarımadasının “Malaqa”, “Ekstremadura” və Fransanın “Genqam” klubları da maraqlanırdı.

///Sportinfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA