intertv.az
intertv.az

“Qarabağ”ın qazandığı pul mükafatı açıqlandı

29-08-2019, 18:42 123 271 dəfə baxılıb

“Qarabağ”ın qazandığı pul mükafatı açıqlandı

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” büdcəsini daha da zənginləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu uğur Ağdam təmsilçisinə 2,92 milyon avro (5,5 milyon manat) qazandırıb.

Ağdam təmsilçisi bunadək Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrup mərhələsində qazandığı hər qələbəyə görə 570 min avro, heç-heçəyə görə isə 190 min avro alacaq. Qrup qalibi olsa 1 milyon avro, ikinci olacağı halda isə yarım milyon avro əldə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA