intertv.az
intertv.az

“Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan

28-08-2019, 21:26 41 dəfə baxılıb

“Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada birgünlük işgüzar səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, Prezident ölkəsinə geri dönən zaman təyyarədə jurnalistlərin bir neçə sualını cavablandırıb. Həmkarı Vladimir Putinlə təkbətək görüşlərdə bir çox mövzuya toxunduqlarını bildirən Ərdoğan yaxın zamanlarda Türkiyədə yenidən görüşəcəklərini qeyd edib:

“MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisinə qatıldıq və sektordakı yeni məhsulları tanımaq şansımız oldu. Bu qəbildə mən də Putini 17-22 sentyabr tarixlərində İstanbulda baş tutacaq “Texnofest”ə dəvət etdim. Su-57 F-35-ə niyə rəqib olmasın? Biz bura elə-belə gəlmədik. Birdəfəlik hamı bilsin ki, bizim müstəqillik mübarizəmiz kimlərinsə dodaqlarının arasında ola bilməz. Biz hazırda Nihai qərarını gözləyirik. Daha sonra addım atacağıq”.

Edam cəzasının tətbiq edilməsi iə bağlı sualları cavablandıran Prezident bildirib ki, parlament bu məsələni müzakirə edib qərarını verərsə, mütləq təsdiqləyər: “Bu nöqtədə vicdanımın səsinə inanıram”.
“Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
“Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA