intertv.az
intertv.az

Zöhrab Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

27-08-2019, 23:38 146 dəfə baxılıb

Zöhrab Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Lerik Rayon TŞ-in Müdiri Zöhrab Salayevin Özbaşınalıqları” başlıqlı həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim.

Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Zöhrab Salayev qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevdir.

1960-ci ildə Lerik rayonun Rvarud kəndində anadan olmuşdur.

1975-ci ildə Rvarud kənd 8-illik məktəbini ,1977-ci ildə Çayrud kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1978-ci ildə V.İ.Lenin adına ADP-nin Coğrafiya-Biologiya fakültəsinə qəbul olunmuşdur.

1983-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda Tələbə-Elmi cəmiyyətin sədri olmuşdur.“Qızılağac Dövlət Qoruğunun bio-coğrafi səciyyəsi və mühafizəsi” mövzusu üzrə diplom işi müdafiə etmişdir.Gürcüstan Respublikasının Batumi şəhərindəki Dövlət Universitetində həmin mövzu üzrə məruzə etmiş,məruzəsi fəxri diplama layiq görulmuşdur. Hazırda Batumi Dövlət Universitetində diplom işinə həsr etdiyi mövzuda tədris vasitəsi kimi istifadə olunur.Eləcə də ADPU-də tədris vasitəsi kimi istifadə olunur.1988-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayında rayonda nümayəndə seçilmişdir.1994-95-ci illərdə M.Ə.Rəsulzadə adına BDU-nun nəznində Elmi-pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitunda Psixoloq ixtisasına yiyələnmişdir.

2007-ci ildə Azərbaycan Müəllimlər İnstitunda “Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri”nə dair ixtisas artırma kursunu bitirmişdir. YAP-ın üzvüdur.2009-c ildən S.Hacıyev adına Rvarud kənd tam orta məktəbin vəzifəsində çalışır

2012-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 1 Oktyabr tarixli 2469 №-li sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 0ktyabr 2017-ci il tarixli 01-09-3897/16 saylı razılıq məktubu və Lerik Rayon İcra Hakimiyyəti başçısının 26 oktyabr 2017-ci il tarixli 154 saylı əmrinə əsasən Lerik Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zöhrab Salayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zöhrab Salayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zöhrab Salayevdən danışdılar yaxşı ki, Zöhrab Salayev Lerik Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… Zöhrab Salayev öz isguzarlığı ilə tanınır və seçilir….

Zöhrab Salayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Zöhrab Salayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Zöhrab Salayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Zöhrab Salayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Zöhrab Salayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Zöhrab Salayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zöhrab Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zöhrab Salayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lerik Rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zöhrab Salayev özünü doğruldub. Bizdə hörmətli Zöhrab Salayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA