intertv.az
intertv.az

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? — SƏBƏB AÇIQLANDI

27-08-2019, 20:48 21 dəfə baxılıb

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? — SƏBƏB AÇIQLANDI

Ötən gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ard-arda yeddi dəfə təxirə salınmasının səbəbi məlum olub.
Oxu.az xəbərinə görə, F.Laçının vəkili Nurəngiz Qarayeva hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proseslərin əksəriyyətinin təxirə salınmasına səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsini göstərib:

“Mən də öz növbəmdə bu məsələ ilə maraqlandım. Penitensiar Xidmətin əməkdaşları bildirdi ki, sözügedən məhkəmə “Gəncə işi” ilə eyni vaxta təsadüf edir. Təqsirləndirilən şəxslərin sayının hər iki iş üzrə çox olması, onların xüsusi mühafizə altında gətirilməsini çətinləşdirdiyi üçün bu hal baş verir”.
Vəkil qeyd edib ki, F.Laçının səhhətinin pisləşdiyi üçün məhkəmə iclaslarının təxirə salındığı barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın beş il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev doqquz il, qarovul rəisi Ceyhun Səmədov doqquz il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev yeddi il, Günay Atakişiyeva altı il, Aqil Nəcəfov doqquz il, İsrafil Soltanov yeddi il, Şahmar Bəyəlizadə yeddi il, Tərlan Zeynalov yeddi il, Anar Əsgərov yeddi il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA