intertv.az
intertv.az

Arif Qasımov kral kreslosunu itirir – Nizami rayonundakı böyük obyektlər “barıt çəlləyidir”…

19-08-2019, 23:25 559 dəfə baxılıb

Arif Qasımov kral kreslosunu itirir – Nizami rayonundakı böyük obyektlər “barıt çəlləyidir”…


Məlumatda deyilir ki, Arif Qasımovun fəaliyyəti qənaətbəxş olmayıb və preizdentin etimadını doğrultmayıb.
Mənbə deyir ki, A. Qasımovla bağlı şikayətlər də çoxdur. Belə ki, Nizami rayonuna təyinatından sonra adı əsasən də ağacların qırılması, yaşıllıqların məhv edilməsi və yerində obyektlərin tikilməsi ilə gündəmə gələn Qasımovla bağlı bütün aidiyyatı qurumların da rəyi mənfidir.
Ona görə də onun yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılması gözlənilir.
Rayonda ekoloji durum o həddə olub ki, cari ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonunda bir neçə dəfə yoxlama aparıb. Belə ki, rayonun Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalar ciddi müzakirəyə səbəb olub.


Mənbə iddia edir ki, onların sırasında Nizaminin icra başçısı Arif Qasımov da var. Qeyd edək ki, yerli KİV-də Arif Qasımovun adı dəfələrlə Eldar Mahmudovla birgə hallandırılıb.

Məlumatlarda deyilir ki, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğlu oğlu Nadir Qasımovu başçı ilə sabiq nazirin münasibətlərini şərh edərkən xüsusi vurğulamaq lazımdır. Mənbə İntertv.az-a bildirir:

“İcra başçısının oğlunun adı mediada müxtəlif qalmaqallarda hallanıb. Bunlardan biri də onun hərbi xidməti ilə bağlıdır. Belə ki, N.Qasımovun hərbi xidmətdə olduğu halda Bakıda dəbdəbəli həyatını davam etdirməsi haqda xəbərlər yayılmışdı. Hələ bu xəbərlər yayılarkən bəzi saytlar hansısa maraqlar naminə Arif Qasımovun və onun “məzlum” oğlu Nadir Qasımovun müdafiəsinə qalxdılar və iddia etdilər ki Nadir Qasımov son 6 ayda hərbi xidmət çəkməyib. Nadir Qasımovun hərbi xidməti başa vurduğuna inansaq, onun hərbi xidmətinin başlanğıcı və böyük hissəsi məhz MTN-in və Eldar Mahmudovun vaxtına düşür. Maraqlıdır görəsən, Eldar Mahmudov icra başçısının oğluna hərbi xidmət zamanı fərqli bir şərait yaradılması üçün göstəriş vermişdimi? Ancaq digər faktlar göz qabağındadır. Bəs həmin “adı açıqlanmayan mənbə” icra başçısının oğlunun “İnstagram”dakı profili haqqında nə deyə bilər? Nadir Qasımov barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi. Arif Qasımovun oğlunun instagram səhifəsində yerləşdirdiyi fotolardan görünür ki, oğul bala əsl icra başçısının oğludur. 90- AA -852 nömrəli avtomobildə gəzən oğul Qasımova nəylə bəraət qazandırmaq olar?! Aşağıda sizə təqdim etdiyimiz fotolardan da görünür ki, Nadir Qasımov əsl icra başçı oğlu kimi, “aristokrat” həyat tərzini sürür.

Onu da bildirək ki, N.Qasımovun belə bir həyat tərzini yalnız öz “məmur övladı şıltaqlığı”na bağlamaq olmaz. Elə icra başçısının özü haqda da az qalmaqallı xəbərlər yayılmayıb".

İntertv.az-a danışan mənbə bildirir ki, bu gün bir çox dairələrin ittiham hədəfinə çevrilən Arif Qasımovun gedişi labüddür. Mənbə danışır: "Bu proses Eldar Mahmudov işdən çıxarılandan sonra başlayıb. Vaxt ala bilər. Amma fakt, reallıq odur ki, Eldar Mahmudovun adamları görəvlərinə davam edə bilməyəcəklər".

İntertv.az olaaq qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA