intertv.az
intertv.az

İlham Əliyev və Mehriban Əliyeva Pirallahıda — YENİLƏNİB

7-08-2019, 00:22 29 dəfə baxılıb

İlham Əliyev və Mehriban Əliyeva Pirallahıda — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayonuna səfər edib.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

***

"Ölkə.Az" xəbər verir ki, Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur. Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

***
"Ölkə.Az" xəbər verir ki, Prezident və birinci xanım Mehriban Əliyeva Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

Daha sonra onlar Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında da iştirak ediblər.

Bundan əlavə, Prezident və xanımı Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksini istifadəyə veriblər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA