intertv.az
intertv.az

İranda hərbi təyyarə yerə çırpıldı - Pilotlar sağ çıxdı

4-08-2019, 20:33 82 dəfə baxılıb

İranda hərbi təyyarə yerə çırpıldı - Pilotlar sağ çıxdı

İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təyyarə ölkənin cənub-qərbindəki Buşehr əyalətində yerə çırpılıb.

İlkin məlumatlara əsasən, təlim-məşq uçuşları keçirən zaman təyyarədə texniki nasazlıq baş verib.

Rəsmi açıqlamada bildirilib ki, təyyarədəki 2 pilot qəzadan sağ çıxıb. Təyyarənin modeli haqqında isə məlumat verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA