intertv.az
intertv.az

Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır — İlham Əliyev

1-08-2019, 00:39 31 dəfə baxılıb

Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır — İlham Əliyev

Süni qiymət artımına çox ciddi nəzarət mexanizmi olmalıdır.
Azərtac xəbər verir ki, bunu Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur:

“Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Bundan əlavə prezident küçələrin lazımi səviyyədə işıqlandırılmamasından da danışıb.

Dövlət başçısı bildirib ki, bu məsələyə ciddi diqqət göstərilməlidir:
“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

İlham Əliyev qeyd edib ki, indi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır:
“Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilib, poliqon salınıb, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir”.

Prezident deyib ki, şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir:

“Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA