intertv.az
intertv.az

Bakıda içki məclisində 4 nəfər bir-birini bıçaqlayıb

25-07-2019, 19:20 16 dəfə baxılıb

Bakıda içki məclisində 4 nəfər bir-birini bıçaqlayıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sarayeva küçəsi 18 ünvanında baş verib.

Belə ki, 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. 1976-cı il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu, 1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaq xəsarəti alıb. Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla B.Fərhadov, V.Nurməmmədov və V.Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib. Yaralıların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA