intertv.az
intertv.az

Türkiyə hərbi hava qüvvələri İraqın şimalında 13 PKK terrorçusunu zərərsizləşdirib

25-07-2019, 18:32 28 dəfə baxılıb

Türkiyə hərbi hava qüvvələri İraqın şimalında 13 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə hərbi hava qüvvələri “Pəncə” hərəkatı çərçivəsində İraqın şimalındakı Metina bölgəsinə havadan zərbələr endirib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Əməliyyat zamanı PKK terror təşkilatına aid silah anbarı və səğınacaqlar hədəfə alınıb, 3 terrorçu məhv edilib.

İraqın şimalındakı Qara bölgəsində keçirilən hava əməliyyatlarında da PKK terrorçularına aid silah anbar, sığınacaq və 6 terrorçu məhv edilib.

Bu əməliyyatların ardınca bu gün davam etdirilən zərbələr nəticəsində öldürülən terrorçuların sayı 13 nəfərə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA