intertv.az
intertv.az

Əsabil Qasımovun “klanı”na ETİRAZ MƏKTUBU - İTTİHAM

24-07-2019, 00:21 19 dəfə baxılıb

Əsabil Qasımovun “klanı”na ETİRAZ MƏKTUBU - İTTİHAM

İmişli şəhər L.Vəliyev küçəsi 38 saylı evin sakini ADP İmişli RT-nın sədri, jurnalist Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Mehriban xanım!

Bu il mətbuata və Sizə ikinci dəfə müraciət edirəm. Heç kim, heç kimin nə şikayətini, nə ərizəsini oxumur. Məmurlar, biznesmen-oliqarxlar bu isti iyulu xaricdə dincəlirlər. İmişlidə yalnız təhsil şöbə rəisi getməyib ki, həm təzə təyin olunub, həm də varlı deyil. Haram pullar bu harınlamışları o qədər havalandırıb ki, aşağı təbəqəni milçək qədər saymır, dara düşmüşə, imkansıza kömək etmək isə ağıllarına gəlməz. Doğrudur, içərisində yaxşı, imanlı məmurlar da var. Amma onlar azlıqdadırlar. Əksər rəis-müdir, direktorların əllərində yüzlərlə əmək haqqı kartları var. Dincəlməkdən qayıdıb, yenidən pullaşacaqlar.

Prezidentə yalan məlumat veririlər ki, işsiz yoxdur. Düz də deyirlər. Hamının əmək haqqını rəis və əlaltıları alır, ona görə də monopoloya, məmur-biznesmenlər nəzarətə mütləq götürülməlidir.

İmişlinin mərkəzindən su kanalı axır, içərisi o qədər çirkablıdır ki, açıq görünür. Ölmüş it, pişik, toyuq, infeksiyalaşmış, zibillə doludur. Təmizliyinə Meliorasiya və Su Təsərrüfatı ASC baxırdı. Kanalın ətrafını mağaza-market, çayxanalarla O qədər zəbt ediblər ki, təmizləmək də mümkünsüzdür.

Su idarəsinin rəisi Nizami Məmmədov isə Əhməd Əhmədzadəyə söykənir, iki beton zavodu var. Nizami Məmmədovun, qorxusu-hürküsü belə yoxdur. Sözsüz ki, kanalın təmizliyinə görə kiminsə “əmək haqqı” kartı N.Məmmədovdadır, vaxtilə sadə imişlilər Meliorasiya və Su Təsərrüfatına yüzlərlə şikayət yazırdılar ki, kanalın ətrafını satmaq olmaz. Həmin qrumdan “yoxlama” gəlirdi, “hesabın” alıb gedirdilər. İndi heç yoxlama da yoxdur. Yəqin N.Məmmədova zəng edib, bazarlığı istəyirlər ki, “şikayət” bağlansın.

Hörmətli Əhməd Əhmədzadəyə, eləcə də Oqtay Şirəliyevə sadə imişlilər bir “bak” kanalın suyundan götürməyi qərara alıblar. Bağda olan ağaclarını sulatdırarlar, yaxşı azotdur. Əllərini də yuya bilərlər ki, imişlilərin hansı hisslər keçirdiyinə bəlkə inanalar. Su kanalından qalxan ağacqanadlar, gecələr bəndənizə də “hücum” çəkir, elə bil qırıcı təyyarə uçur. Həşəratların bütün növləri həmin kanaldan yayılır.

Artıq su rəisi N.Məmmədov da oliqarxa çevrilmək üzrədir. Lev Tolstoyun əsərlərində belə bir kəlamı var: Adətən kütlə əzilərkən mütiləşir, elə ki, ona bir dəfə qalxmaq nəsib olur, zənciri qırır, vay ayaq altında qalanın halına. Məmur-biznesmeni, rəisləri vergi, aidiyyatı qrumlar cərimə etsələr də məhkəmələr cəriməni ləğv edib qazanır. Ədliyyə naziri də bu faktı bilir. Cəriməni isə arxasıza, gündəlik çörək pulunu qazana bilənə yazıb çörəksiz qoyanlar “Yağı yağ üstünə, yarmanı ayransız qoyanlar” düşmən deyil, bəs nədir, kimdir?

16.07.2019-cu ildə - 1-ci yazımda göstərmişdim ki, bir yaxınım 930 manat əsassız olaraq bəhanə ilə cərimə edib DSMF-nın Yadulla adlı müavini məni öldüyə salan məmur ötən il 300 manat cərimə yazmışdı. Sübut etdim ki, əsassızdır, ləğv etmişdilər. Bu dəfə isə hər gün öləcəyimi gözləyirmişlər. 20.12.2019-cu il saat 11-da İmişli DSMF-da oldum. “Mən ölmədim, mənim qardaşımın 930 manat malı yoxdur, ayıb bilmədin, axı mənə qardaş deyirdin. And-aman etdi ki, “ötən ilin oktyabr ayından vergiyə tabeyik, Hesablama palatası ilə yazıb cəriməni-deyəndə, bu böyüklükdə oliqarxları, şadlıq saraylarını, marketləri qoyub, hesablama palatası və vergi zülfüqarlıları, “nişanladı”?

Deputat-biznesmen Ə.Qasımovun əmisi oğlu, məni həbs etdirən məmur-oliqarx S.Səmədovun bibi oğlu tikinti kralı Ə.Şükürovun dayaq durub baş həkimliyə təsdiq etdiyi Eynulla Qasımovu tənqidim İmişlidə alqışla qarşılanıb, təşəkkür edir, sadə insan, həkim, müəllimlər. Ötən il mənim qonşuluğumdan əli yanan birinin evini 60 min manata alan təzə baş həkim E.Qasımov, əsaslı bərpa, hasarı hündürlətdi, üstəlik tikanlı məftillərlə “bəzədi”. Qonşular deyir ki, əlacı olsa bu həkim “Leksus”unu üstümüzdən keçirər, baş həkim durmamışdan, heç olmasa dil ucu salam verirdi. Adını çəkmədiyim iki xərçəng xəstəsi pensiya almadan dünyadan köçdülər. Keçmiş baş həkim isə həmin xəstələrə insan kimi kömək etmişdi. E.Qasımovun xərci çox çıxıb deyə bunu heç kimə etməyib. “Məndə bir şey qoyublar kiməsə dərman verə bilim!” kəlməsi 29.10.2018-ci il bəndənizə də deyib.

Görən səhiyyə nazirini nəzərdə tutur, ya kimi? baş həkim gəlməyinə, çəkdiyi xərcə eşitmişəm peşmandır.

Oliqarx-məmur S.Səmədov isə bir ildə 20 ha-lıq istixanasından 4-cü rəis varidat Sarıyevi qovub, Badil Əsgərovu otuzdurub ki, “Ağa nəzərəm, belə gəzərəm” .

Publik Metrologiya İnstitunun prezidenti kimi İmişli regional idarəsinə 6 ay əvvəl təyin etdiyi Şahbaz Həsənovu qovub, keçmiş şəhər bələdiyyə sədri Fərman Vəliyevi qoyub. Ş.Həsənovdan əvvəlki rəis isə İftixar Əliyev, F.Vəliyevdən sonra şəhər bələdiyyəsinin sədri kimi S.Səmədovun vasitəçiliyi ilə “seçilmişdi”.

S.Səmədova əslində elə Fərman Vəliyev kimi birisi lazımdır. Adam əvvəlcə Tofiq İsayevin adamı idi, T.İsayevlə, Ə.Qasımov əlaltıları o, cümlədən S.Səmədov düşməndirlər. T.İsayev az-çox imkansızlara yardımını əsirgəmir. digərləri əvəzsiz tum da verməzlər. İmişlidəki parkları, örüş sahələrini, meşə massivləri, karxanaları F.Vəliyevin əli ilə metr-metr satıblar. Araşdırılsa F.Vəliyev həbs olunmalı idi, hələ indi “dadını” çıxarır. S.Səmədovun “quşunu” götürür. T.İsayevin çörəyi onu tutmalıdır, mütləq tutmalıdır.

Naxçıvanlı-Ermənistanlıların adı çıxıb. Bakıda imişlili oliqarxlar, krallar at oynadır. Ağsaqqal, havadarları Əsabil Qasmovdur. Belələri özlərini kapitalist kimi təqdim edir. İctimai yükü olmayan xüsusi mülkiyyət istismarçıdır, İmişlidən olan milyarderlər, məhz istismarçı, monopolitlərdir ki, gec-tez nəzarətə götürülməlidirlər. Sovet təzə dağılıb, keçmişləri qaranlıq olanlarda, bu qədər var-dövlət haradan idi, soruşmaq lazımdır, hörmətli baş nazirimiz cənab N.Məmmədov, soruşmaq!

İmişlilər nə istəyir?

Meyvə ağacı bar gətirdikcə başını aşağı əyir, insan təbiətdən varlaşdıqca “qudurğanlığa meylli olar”– deyib Makiavelli. Pul gücünə institut təhsili alan, axı ziyalı ola bilməz, bunların təhsili 5-ci sinif təhsilindən də aşağıdır. Belələrinin bədəlini isə, xalq və dövlət çəkir.

1992-ci il ADP-ni seçəndə “Naxçıvan Azərbaycanın Demokratik laboratoriyasıdır, İmişli də aranın laboratoriyası olacaq” - demişdim. İndi imişlili oliqarxları Bakını, digər rayonları, İmişlini özəlləşdirib. Özlərini yarım şah sayanlar İmişlidə demokratiya yox, öz krortlarını yaradıblar.

Sovet dövrü vəzifələrə irəliləyən pillə-pillə irəliləyirdi. Hazırda isə, o, vaxtın insan məmurları əvəzləyənlərin əməllərini düşündükcə, “Bu ölkənin sonu hara gedir” həyəcanımı güclə boğuram.

Bir qrup oliqarx, birləşib, məni siyasi məhbusa çevirənlər, fürsət gəzir ki, ictimai rəyə məni dövlətin, xalqın “düşməni” kimi sırısınlar. Bu xalqın düşməni erməni, monopoliya, korrupsiya, rüşvətxorluqdur ki, bir sonu olmalıdır.

Gəlib sorğu keçirsinlər, əhali kimi düşmən bilir. Onlar, örüş, meşə, parkları özəlləşdirib qamarlayanları, yoxsa dərdinə ağlayıb, dayaq durmaq istəyəni?

Əhalini konyak zavodun, su kanalının üfunətilə boğanlar düşməndir, yoxsa bəndəniz xəstələrin qanuni pensiyasından umduğu üçün olmasını əngəlləyən həkim düşməndir, yoxsa jurnalist siyasətçi?

Atamın 1956-ci ildə tikdirdiyi evdə yaşayıram.

Hörmətli Birinci Vitse –Prezident!

Həbsxanada məni təmmənnasız müalicə etdilər. Amma təzə baş həkim köməkdən imtina etdi, “məndə bir şey qoyublar, sənə dərman verim?- dedi.

Baş həkim qonşun ola, bir dəfə sənin vəziyyətini xəbər almaya, axı bu adam “Hipokrat” andı içibmiş.

Sizdən bu müraciətin araşdırılmasını xahiş edirəm. Yalnız bunu istəyirəm”.
“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA