intertv.az
intertv.az

KİV: Qurbanqulı Berdımuhammedov vəfat etdi

21-07-2019, 18:47 32 dəfə baxılıb

KİV: Qurbanqulı Berdımuhammedov vəfat etdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib.

Bu barədə “Говорит Москва” məlumat yayıb. Sayt iddia edir ki, Prezident tətildə olan zaman dünyasını dəyişib. Hazırda onun ölümü gizli saxlanılır.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub.

Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib.

11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA