intertv.az
intertv.az

“Ərdoğan Putin vasitəsilə ABŞ-ı çətin vəziyyətdə qoydu”

19-07-2019, 20:09 22 dəfə baxılıb

“Ərdoğan Putin vasitəsilə ABŞ-ı çətin vəziyyətdə qoydu”

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması, ABŞ-ın isə buna qarşılıq olaraq Türkiyəni F-35 proqramından çıxarması Ankara-Vaşinqton arasında gərginliyi xeyli artırıb.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Finənşl Tayms” qəzetində məqalə dərc edilib.

Qəzet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə münasibəti vasitəsilə Türkiyəni regional güc faktoruna çevirmək istədiyini bildirib. “Türkiyənin Rusiya mənimsəməsi ABŞ-ı çətin vəziyyətdə qoydu” başlığı altında yayımlanan məqalədə S-400 sistemlərinin geosiyasətdə tektonik dəyişikliyə səbəb olduğu vurğulanıb.

Bundan əlavə, Osmanlı dövlətinin Rusiya tərəfindən dəfələrlə məğlubiyyətə uğradıldığı, “Soyuq müharibə” dövründə də Türkiyənin NATO tərəfində Rusiyaya qarşı cəbhədə yer aldığı xatırladılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA