intertv.az
intertv.az

Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)

17-07-2019, 21:25 15 dəfə baxılıb

Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən (DSX) “Minval.İnfo”ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.

Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)
Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)
Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)
Ermənilər postumuzu atəşə tutdu, əsgərimiz yaralandı – General hadisə yerində (FOTO)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA