intertv.az
intertv.az

Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi - Fotolar+Videolar

14-07-2019, 19:54 29 dəfə baxılıb

Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi - Fotolar+Videolar

Afrika Millətlər Liqasında yarımfinal matçları keçirilib.

Əvvəlcə meydana Seneqal və Tunis komandaları çıxıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz başa çatıb. 90 dəqiqə ərzində komandalar hərəyə bir dəfə penalti qazansa da, heç biri bundan yararlana bilməyib. Əsas vaxtda hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılıb. Oyunda ilk qol 100-cü dəqiqədə vurulub. Tunisli D.Bronnun öz qapısına vurduğu qol Seneqalı finala daşıyıb.

Yarımfinalın digər matçında isə Əlcəzair və Nigeriya yığmaları qüvvəsini sınayıb. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Nigeriyalı Ekonq topu öz qapısına göndərib. 73-cü dəqiqədə İqalo hesabda tarazlıq yaradıb - 1:1. Hər kəs matçın əlavə hissələrə gedəcəyini düşündüyü anda meydana Riad Mahrez çıxıb. O, 90+5-ci dəqiqədə cərimə zərbəsindən mükəmməl qol vuraraq Əlcəzair millisini finala daşıyıb.

Beləliklə, iyulun 19-da keçiriləcək final matçında Seneqal və Əlcəzair milliləri üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA