intertv.az
intertv.az

İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib

14-07-2019, 19:03 45 dəfə baxılıb

İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib

ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib və nazir BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak üçün Nyu-Yorka gedib.

“Report” xəbər verir ki, bu barədə TASS-a İranın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat katibi Əlirza Mirusefi bildirib.

“Bəli, o, vizanı alıb və artıq Nyu-Yorka gəlib”, – diplomat deyib.

Bildirilirdi ki, Birləşmiş Ştatlar Zərif əleyhinə sanksiyalar tətbiq edəcək. Lakin sonra KİV qeyd edib ki, rəsmi Vaşinqton naziri müvəqqəti olaraq sanksiya siyahısına daxil etməmək barədə qərar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA