intertv.az
intertv.az

Hindistandakı daşqınlarda təxminən 13 min adam əlacsız vəziyyətdə qalıb

8-07-2019, 21:04 15 dəfə baxılıb

Hindistandakı daşqınlarda təxminən 13 min adam əlacsız vəziyyətdə qalıb

Hindistanın Assam ştatında iki gündür aramsız yağan leysan yağışlar səbəbindən 13 min insan daşqın zonasında əlacsız vəziyyətdə qalıb.

“Report”un Rusiya mətbuatının NDTV-ə istinadən verdiyi xəbərinə görə, daşqın 43 kəndə təsir edib və 1000 hektardan çox ərazi sua altında qalıb.

Bildirilir ki, ən çox zərər çəkmiş ərazi Çorhatdı. Belə ki orada 6 mindən çox adam daşqın zonasında qalıb.

Qeyd edilir ki, hökumət evlərini tərk edənlər üçün müvəqqəti yaşayış düşərgələri təşkil edib. Daşqın ölkənin bir neçə yolunu bağlayıb.

Verilən hava proqnozuna görə, bölgənin ən böyük çayı olan Brahmapurtenin su səviyyəsi təhlükəli həddə yüksəlməsinə baxmayaraq, yağışların hələ bir neçə gün davam edəcəyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA