intertv.az
intertv.az

Messi 2 il futbolsuz qala bilər

7-07-2019, 18:42 14 dəfə baxılıb

Messi 2 il futbolsuz qala bilər

Hücumçu Lionel Messi iki il müddətinə Argentina yığmasında iştirakından kənarlaşdırıla bilər. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “AS” xəbər verib.

Bu, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) argentinalı forvarddan şikayət edəcəyi halda baş verə bilər. Belə ki, L. Messi Çili yığması ilə keçirilən qarşılaşmada federasiyanı korrupsiyada ittiham edib bəyan etmişdi ki, bütün turnir onun sahibi – Braziliyanın qalibiyyətinə hesablanıb. Futbolçu hətta mükafatlandırma mərasimində də iştirak etməmişdi.

Bununla belə, CONMEBOL-un argentinalını cəzalandırıb-cəzalandırmayacağı isə hələ məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA