intertv.az
intertv.az

Əli Kərimli saxlanıldı

27-06-2019, 23:25 46 dəfə baxılıb

Əli Kərimli saxlanıldı

AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Onunla yanaşı marafonu işıqlandıran Fatimə Mövlamlı və Nurlan Libre də polisə aparılıb.

***

Bir müddət sonra Nurlan Libre azadlığa buraxılıb.

***

Musavat.com-a daxil olan məlumata görə, AXCP sədri Əli Kərimlinin süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş bə kampaniya təşkil etməyə çalışmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA