intertv.az
intertv.az

Məscidə namaz qılmağa gedən qızı zorla qucalayıb

24-06-2019, 21:38 24 dəfə baxılıb

Məscidə namaz qılmağa gedən qızı zorla qucalayıb

Türkiyənin Konya şəhərində dəhşətli hadisə yaşanıb.

62 yaşlı Mazhar O. adlı şəxs namaz qılmaq üçün məscidə gələn universitet tələbəsi K.Y. adlı qızı zorla qucaqlayaraq öpdüyü üçün polis tərəfindən saxlanılıb. Belə ki, iddialara görə, gənc qız namaz qılmaq üçün məscidə gələrək qadınlar bölməsinə daxil olub. Qızın yanına gələrək “mənim əllərimi çox alim öpüb, sən də öp” deyən Mazhar rədd cavabı aldıqdan sonra K.Y.-dan nömrəsini istəyib. Daha sonra qızdan onun yanağını öpməsini istəyən kişi yenə rədd cavabı aldıqda isə onu zorla qucaqlayaraq öpüb.

K.Y. məsciddən çıxdıqdan sonra polis mərkəzinə gedərək şikayət edib. Məscidin təhlükəsizlik kamerasında görüntüləri izləyən polis əməkdaşları Mazhar O.-nu saxlayıb. O, verdiyi ifadədə “şeytana uydum” deyib.

Verilən məlumata görə, sözügedən şəxs bu gün məhkəməyə çıxarılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA