intertv.az
intertv.az

“Elzanın “ağzını tikmişəm” şeiri öz başına gələnlərdir”

24-06-2019, 19:08 21 dəfə baxılıb

“Elzanın “ağzını tikmişəm” şeiri öz başına gələnlərdir”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal daha da şiddətlənib.

Axşam.az bildirir ki, “ATV maqazin onlarla” proqramına danışan Zərgərli həmkarı haqda sərt sözlər səsləndirib:

“Arada mənə söz atır. Ona Damla deyiləm ki, şəklimi cırıb atsın. İlhamə xanımla müharibə apardı, qalib ola bilmədi. İlhamə Quliyeva olası deyiləm. Məni Zahirən Faiq Sücəddinovdan tutmuş bütün incəsənət xadimləri ona oxşadırlar”.

O, daha sonra sözlərinə belə davam edib: “Elza, birincisi, get, ədəbiyyatla məşğul ol. Onun “ağzını tikmişəm” şeiri xoşuma gəlirdi, hərhalda, öz başına gələnlərdən yazıb. Deyir ki, Roza yolunu çaşıb. Roza insanların həyatına girir və onların yolunu çaşdırır. Mən İlhamə Quliyeva kimi ağır insan ola bilmərəm. Düşmənimə belə pislik arzulamamışam. Dava etmədən İnstaqramdan sildim ki, qəlbim səndən qırıldı. Elzanın sözlərini ondan gözləmirdim. Sən demə, qarnında qara qanlar axırmış. Onun haqqı yox idi ki, bu sözləri mənə desin. Bəzi nüanslar var ki, onları demək düzgün deyil – çirkinlikdir. İnsan etdiyini deməz, ya mövzunu bağla, qalsın kənarda, ya da iyrənc dərinliklərə gedəcəm. Bu sözləri ziyalı bildiyim qadına yaraşdırmadım”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA