intertv.az
intertv.az

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

23-06-2019, 23:57 23 dəfə baxılıb

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi














2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

“Gürcü arzusu - demokratik Gürcüstan” geniş miqyaslı siyasi islahatlara başlayır. 2020-ci il parlament seçkiləri proporsional sistemdə keçirilməlidir”, - deyə siyasətçi bildirib.

Bununla da, hökumət iyunun 20-dən ölkədə etiraz aksiyaları keçirən müxalifətin üç tələbindən birini qəbul edib.

Qeyd edək ki, digər tələblər bunlar idi: Daxili İşlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də aksiyada saxlanılmış 305 nəfərin azadlığa buraxılması.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA