intertv.az
intertv.az

Azərbaycanda qohumlar arasında dava – 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi

23-06-2019, 21:47 20 dəfə baxılıb

Azərbaycanda qohumlar arasında dava – 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi


Samux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.

BAKU.WS-ə verdiyi məlumata görə, dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.

18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub.

İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident də onlar arasında yaşanan mübahisədən sonra baş verib.

Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux rayon Polis İdarəsində əməliyyat istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma apaılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA