intertv.az
intertv.az

Tbilisi prospektində sürücülər sığortaya görə yolu bağladılar

17-06-2019, 20:14 19 dəfə baxılıb

Tbilisi prospektində sürücülər sığortaya görə yolu bağladılar


Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Tbilisi prospektindən üzü şəhər istiqamətində qeydə alınıb.

Yük maşını və minik avtomobili arasında baş vermiş qəzada ciddi problem yaşanmasa da, yolda tıxac yaranıb. Səbəb isə qəzadan sonra hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitələrini yolun ortasında saxlaması olub. Digər sürücülərin yolu açmaq tələbinə cavab olaraq qəza törədənlər sığorta mütəxəssisi hadisə yerinə gələnə qədər avtomobillərini burada saxlayacaqlarını deyiblər. Nəticədə isə Tbilisi prospektindən Moskva prospektinə qədər olan yolda uzun tıxac yaranıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA