intertv.az
intertv.az

Sumqayıtda toyda kütləvi dava düşdü

17-06-2019, 19:07 22 dəfə baxılıb

Sumqayıtda toyda kütləvi dava düşdü


Sumqayıtda toy məclislərinin birində kütləvi dava düşüb.

APA xəbər verir ki, toy məclislərinin birində mübahisə əlbəyaxa davaya çevrilib.

Belə ki, toy məclisində iştirak edən qız evinin qonşuları ilə qohumları arasında rəqs sifarişi üstündə yaranan mübahisə dava ilə nəticələnib. Davanın qızışdığını görən restoran rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Tərəflər arasında yaranan dava polisin müdaxiləsi nəticəsində sakitləşdirilib.

Mübahisə tərəflərinə xəbərdarlıq edilib və bu kimi halların xoşagəlməz hal olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA