intertv.az
intertv.az

İki “Topaz” məntəqəsi bağlandı – Nə baş verir? – Açıqlama

13-06-2019, 19:06 34 dəfə baxılıb

İki “Topaz” məntəqəsi bağlandı – Nə baş verir? – Açıqlama


Bakının Yasamal və Binəqədi rayonlarında “Topaz” məntəqələrinin fəaliyyətinin dayandırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, “Topaz” əmtəə nişanı ilə “Azərinteltek” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mərc oyunları keçirilir.

Minval.info xəbər verir ki, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 19 b ünvanında yerləşən obyektin qapadılması narazılıq yaradıb. Saytımıza müraciət edən məntəqə sahibi Nicat Məmmədli bildirib ki, “Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən ona məxsus “Topaz”ın fəaliyyətini dayandırıblar.

“Bizə əlavə heç bir məlumat verilmədi. Sadəcə, terminalı bağladılar və getdilər. Bunun səbəbini soruşsaq da nəticəsiz qaldı. 54 min manat xərc çəkmişəm. Onlardan heç olmasa, 40 min manat kompensasiya istəyirəm. Obyekti bağlayım, başqa iş görüm. Burada 4 nəfərik, evimizə çörək pulu aparırıq. 7 ildir “Topaz” işlədirəm, heç bir problem olmayıb. Xəbərdarlıq etmədən, birinci, Yasamal rayonundakını bağladılar sonra isə buranı. Belə özbaşınalıq olmaz axı, dağın başı deyil. Kirayədə qalıram, körpə uşağım var. Heç olmasa, bura çəkdiyim xərci ödəsinlər. Nə tələb ediblər, qanuna uyğun yerinə yetirmişəm. Məntəqə üçün xeyli əşya, aparat almışam. Müqaviləyə əsasən, ödənişlər həyata keçirilib. Nə zaman məntəqə bağlanarsa, pullar geri qaytarılmalıdır. 5 min manata terminal almışam, həm də eyni məbləğə balansa pul qoymuşam. Bizim obyekt bağlanmamışdan öncə, yeni “Topaz” açıldı sonra bizim məntəqə qapadıldı” – şikayətçi bildirib.

Məsələ ilə bağlı “Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidovla əlaqə saxladıq. O, açıqlamasında prosedurun qaydalar çərçivəsindən həyata keçirilib:

“Biz qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. Belə ki, məntəqənin fəaliyyətindən gözlədiyimiz nəticəni əldə etmədiyimiz üçün bu addım atılır. Hər bir agentimizlə müqavilə qarşılıqlı razılaşma ilə imzalanır. Xitamın arxasında həmçinin tamam başqa məsələlər də var. Bunu sizə deyə bilmərəm, hüquq-mühafizə orqanları həmin məsələ ilə məşğul olacaqlar”.

C.Məcidov Yasamal rayonunda yerləşən məntəqənin də fəaliyyətinə xitam verildiyini təsdiq edib və bunun müqaviləyə əsasən həyata keçirildiyini bildirib. O, həmçinin sözügedən qərarın arxasında qurumun məxfi hesab etdiyi mövzuların dayandığını qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA